XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısı yenilənib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) nəşr etdiyi siyahıya Kriştiano Ronaldo başçılıq edir.
Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən portuqaliyalı karyerası ərzində 62 dəfə het-trik edib. Onu əzəli rəqibi Lionel Messi izləyir. Argentinalının aktivində 56 het-trik var.
İlk “onluq”:
1. Kriştiano Ronaldo (Portuqaliya) – 62
2. Lionel Messi (Argentina) – 56
3. Ali Aşfaq (Maldiv adaları) – 35
4. Robert Levandovski (Polşa) – 31
5. Luis Suares (Uruqvay) – 29
6. Ali Mabxut (BƏƏ) – 26
7. Vyaçeslav Zahovayko (Estoniya) – 26
8. Mark Lloyd Uilyams (Uels) – 24
9. Aleksandar Curiç (Sinqapur) – 22
10. Neymar (Braziliya) – 21
Qeyd edək ki, ilk “10-luğ”a düşə bilməyən ulduz futbolçulardan Zlatan İbrahimoviç (İsveç) 20, Harri Keyn (İngiltərə), Serxio Aquero (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Haland (Norveç) və Edinson Kavani (Uruqvay) 15 dəfə het-trik edib.