Manchester United'in fransalı ulduzu Paul Poqba müsəlman olmağı ilə həyatındakı hər şeyin yaxşıya doğru dəyişdiyini söylədi.
Corner.az xəbər verir ki, Ramazan ayında Məkkəyə gedən Poqba Times qəzetinin qonağı olub və müsəlman olmağı ilə bağlı fikirlərini paylaşıb. Çox çətin bir mərhələnin ardından inancları araşdırmağa qərar verdiyini söyləyən Poqba “Hər şey üçün şükür etməyi öyrədim. Müsəlman olmağım hər şeyimi dəyişdirdi və həyatdakı hər şeyi daha yaxşı anlamağa başladım. Sakitləşdim. Anam müsəlman olsa da, mən müsəlman doğulmadığıma görə, bu mənim üçün mühüm bir dəyişiklikdir.” dedi. Hər kəsin gördüyü kimi, İslamın terrorizmin bir simvolu olmadığını vurğulayan Poqba “ Mediada gördüyünüz kimi deyil. İslam gözəl bir dindir. Bunu İslamla tanış olan hər kəs görə bilər.” deyə bildirib.
Spirtli içkidən istifadə etməyən Poqba 20 yaşında niyə müsəlman olduğu ilə bağlı suala isə belə cavab verib:
"Bir çox mövzu ilə bağlı özümü sorğulayırdım. Sonra araşdırdım. Bir dəfə dostlarımla dua etdim və özümü çox yaxşı hiss etdim. O gündən sonra dua etməyə davam etdim. İslamı qəbul edəndə də gündə 5 dəfə dua edirsiniz. Bağışlanmaq istəyirsiniz və sağlığınız başda olmaqla hər şey üçün təşəkkür edirsiniz. İslam məni düşündürən bir dindir və bu, məni daha yaxşı insan edir. Ölümdən sonrakı həyat üçün daha çox düşündürür. Bu həyat, mənim burada sizinlə olmağım bir imtahandır. Müsəlman olmasanız da İslamda rənginizdən, dininizdən asılı olmayaraq sizə hörmət etməli olduğum bildirilir. Bu İslam hər kəsə və hər şeyə hörmət etməyimizi istəyir."