AFFA prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Corner.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan görüşdə iki qurum arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Eyni zamanda ali futbol qurumunun dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb. Rövnəq Abdullayev futbolun inkişafı ilə bağlı görülən işlər barədə İnfantinonu məlumatlandırıb. Hər iki tərəf əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Görüşdə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.