“Brentford”un hücumçusu Ayvan Touni uzun müddətə cəzalana bilər. Corner.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda, 26 yaşlı futbolçu bukmeker kontorlarında pul qoyuluşuna görə karyerasını təhlükəyə atdığı bildirilib. İddiaya görə, futbolçu barədə 262 ittiham var. İngilis futbolçunun bu ittihamlardan əksərini qəbul etdiyi də bildirilir. İngiltərə Futbol Federasiyasının qaydalarını pozan hücumçunu ağır cəza gözləyir. Federasiyanın yaxın bir həftə ərzində Touni ilə bağlı sərt cəzaları açıqlaması gözlənilir. Onun bu mövsümün qalan hissəsində bir daha oynamayacağı ehtimal edilir.
Xatırladaq ki, Touni bu mövsüm Premyer Liqada meydana çıxdığı 21 oyunda 14 qola imza atıb.