“Real” klubu “The Best” mərasiminin nəticələrindən narazı qalıb. Corner.az AS nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Çempionlar Liqası, La Liqa, Avropa Superkubokları və İspaniyada qazandıqları qələbələrə baxmayaraq, komandalarının oyunçularının diqqətdən kənarda qalmasından məmnun deyil.
Dörd ay əvvəl Kərim Benzema “Qızıl top”, Tibo Kurtua isə Lev Yaşin mükafatını qazansa da, klub onların mükafatsız qalmasından narazıdır. Bundan əlavə, Vinisius Juniorun ilin rəmzi komandasına düşməməsi madridliləri narahat edib.
Qeyd edək ki, milli komandaların məşqçiləri və kapitanları, jurnalistlər və azarkeşlər “The Best” fərdi mükafatlarına səs verirlər, ilin milli komandası isə yalnız futbolçuların səsverməsi ilə seçilir.
Xatırladaq ki, FIFA 2022-nin mükafatlandırma mərasimi keçirilib və ən yaxşı oyunçu mükafatını PSJ-nin futbolçusu Lionel Messi alıb. Argebtina yığmasında Emiliano Martinez ilin ən yaxşı qapıçısı, Lionel Skaloni isə ən yaxşı məşqçi seçilib.