23 oktyabr 2024. Çərşənbə

Rəvanqulu xanın portreti Qərbi Azərbaycan İcmasına hədiyyə edilib


Rəvanqulu xanın portreti Qərbi Azərbaycan İcmasına hədiyyə edilib

Qərbi Azərbaycan İcmasında görkəmli İrəvanlı artist Muxtar Avşarın oğlu rəssam Rza Avşar ilə görüş keçirilib.

Corner.Az xəbər verir ki, tədbirdə Əməkdar rəssam Rza Avşar çıxış edib.

O bildirib ki, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin yenidən təşkili ilə Qərbi Azərbaycan İcmasının yaradılmasına dair məlumatdan sonra Rəvanqulu xanın portretini yaratmaq ideyası ağlına gəlib. Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasının açılışında ifadə etdiyi tarixi fikirlər onu daha da ruhlandırıb və rəssam 50 ilə yaxın təcrübəsini əsas götürərək Rəvanqulu xanın portretini yaradıb. Rza Avşar deyib ki, portreti yaradarkən onu İcmaya hədiyyə etməyi qarşısına məqsəd qoyub.

Rəssam sözügedən əsərini təntənəli surətdə Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, deputat Əziz Ələkbərliyə təqdim edib.

Əziz Ələkbərli hədiyyəyə görə rəssama təşəkkür edərək bu hədiyyənin dəyərinin sonsuz olduğunu bildirib.

Qeyd edək ki, Rza Avşar Muxtar oğlu 1949-cu ildə Gəncə şəhərində dünyaya gəlib və 1914-cü ildə İrəvanda doğulmuş Muxtar Avşarovun oğludur. Rza Avşarın 1974-cü ildən etibarən gənc rəssam kimi SSRİ miqyasında sərgiləri keçirilməyə başlayıb, Əzim Əzimzadə adına rəssamlıq məktəbinin məzunudur.1981-ci ildən etibarən Ümumittifaq SSRİ çərçivəsində Rəssamlar İttifaqının üzvü olub. 1974-cü ildən bu günə qədər dünyanın müxtəlif ölkələrində əsərləri sərgilənməkdədir. Rza Avşar 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülüb, həmçinin çəkdiyi əsərlər bu gün də Azərbaycanın Fransada və Rusiyadakı səfirliklərində sərgilənir.







Xəbər news