23 oktyabr 2024. Çərşənbə

Elxan Məmmədov İFF rəhbərliyi ilə görüşdə


Elxan Məmmədov İFF rəhbərliyi ilə görüşdə
İsrail Futbol Federasiyasının (İFF) rəhbəri Moşe Şino Zuares Fransaya səfər edib. Corner.az xəbər verir ki, İFF başçısı ali futbol qurumunun Parisdəki qərargahında FİFA prezidenti Canni İnfantino ilə görüşüb. 
 
FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun da iştirak etdiyi görüşdə FİFA rəhbərliyinin futbolun necə inkişaf etdiyini görmək üçün mayda İsrailə səfər etməsi qərara alınıb.
 
“Mən İsrailə səfər etmək fürsətini səbirsizliklə gözləyirəm. Onların mənim əvvəlki səfərimdən sonra nə qədər irəlilədiklərini görmək istəyirəm” -  deyə, İnfantino bildirib.






Xəbər news