Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi yeni layihəyə start verir.
AİJ İB idman jurnalistləri arasında təlim və kursların tədris edilməsi ilə bağlı müsabiqə elan edir. Bu barədə Corner.Az-a Azərbaycan İdman Jurnalistləri İctimai Birliyindən məlumat verilib.Müsabiqədə proqramlar üzrə təlimçilər ödəniş qarşılığında biliklərini və təcrübələrini bölüşmək üçün kurslara və təlimlərə dəvət olunacaqlar.
Şərtlər:
Tədris etmək istəyən təcrübəli idman jurnalistləri hazırladığı proqramı, mövzunu qeyd etməklə, öz CV-si ilə birgə təşkilatın mail ünvanına göndərməlidirlər.
Proqramlar maraqlı, sadə dildə, video, foto, slayd vasitəsi ilə tərtib olunmalıdır.
Hər proqram kursunun müddəti 3 saatdan aşağı olmamalıdır(bir dərs 1 saat). Maksimal tədris 5 saata bərabərdir.
Kursları tədris etmək istəyən jurnalistlərin bu sahədə ən azı 5 il rəsmi iş təcrübəsi olmalıdır.
Müsabiqəyə daxil olan mövzular:
- İdman jurnalisti peşəsi
- İdman televiziyası
- Radio idman jurnalistikası
- İdman şərhçisi
- Sayt və qəzetdə idman jurnalistikası
- İdman xəbərlərinin hazırlanması
- Foto idman jurnalistikası
- İdman yarışlarında qeydiyyat, iş prinsipləri, müsahibələrin alınması və turnirlərin işıqlandırılması.
Qeyd: İdman jurnalisti olmaq istəyən gənclər üçün ayrıca elan veriləcək. Kurslar ödənişli olacaq. Fərqlənənlər ödənişsiz praktika qazanacaqlar. Eyni zamanda onların adları AİJ İB-nin CV bazasına ötürüləcək və vakansiyalar olduqda işə yönləndiriləcəklər.