23 oktyabr 2024. Çərşənbə

Osimxen, Martin, Damyanoviç və Musa


Osimxen, Martin, Damyanoviç və Musa
2023-cü ilin ilk iki ayında milli çempionatlarda ən çox qol vuran futbolçuların adları müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, 3 futbolçu siyahıya başçılıq edir.
 
Bunlar nigeriyalı Viktor Osimxen, meksikalı Henri Martin və monteneqrolu Deyan Damyanoviçdi. Adları çəkilən oyunçular yanvar və fevral ayında ölkə birinciliklərində ümumilikdə 10 dəfə fərqləniblər. Eyni sayda qol vuran futbolçular çempionatın reytinqinə uyğun sıralanıb.
 
Azərbaycan Premyer Liqasında 2023-cü ilin ilk iki ayında ən çox fərqlənən oyunçu Musa Qurbanlıdı. “Qarabağ”ın hücumçusunun aktivində 4 qol var. Ancaq bu, Qurbanlının siyahıya düşməsi üçün yetərli olmayıb.
 
İlk “10-luq”:
1. Viktor Osimxen (“Napoli”, İtaliya) – 10 qol
2. Henri Martin (“Amerika”, Meksika) – 10
3. Deyan Damyanoviç (“Kitçi”, Honkonq) – 10
4. Lele (“Volta Redonda”, Braziliya) – 9
5. Enner Valensiya (“Fənərbaxça, Türkiyə) - 9
6. Yohan Veneqas (“Alaxuelense”, Kosta-Rika) - 9
7. Eetu Vertaynen (“Linfild”, Şimali İrlandiya) - 9
8. Dieqo Maurtsio (“Odişa”, Hindistan) - 9
9. Vangelis Pavlidis (AZ, Niderland) - 8
10. Ussema Buquerra (“Olimpik Beya”, Tunis) - 8






Xəbər news