1 fevral 2026. Bazar günü

Qarabağ və Neftçi üçün 66 rəqib


Qarabağ və Neftçi üçün 66 rəqib
Azərbaycanın 2 komandası Türkiyədə U-12-lər arasında keçiriləcək “İzmir Cup” turnirinə qatılacaq. Corner.az saytının məlumatına görə, bunlar “Qarabağ” və “Neftçi”di.
 
Onlar 72 komanda arasında baş tutacaq turnirdə qüvvələrini sınayacaqlar. “İzmir Cup” iştirakçılarından artıq 66-si bəllidi. Bunlar arasında “Yuventus”, PSJ, “Bavariya”, “Mançester Siti” və “Çelsi” kimi nəhənglərin yeniyetmələri də var. Həmçinin Türkiyə klublarının da aşağı yaş qrupları yarışda iştirak edəcək.
 
Qeyd edək ki, “İzmir Cup” 6-9 aprel tarixlərində keçiriləcək.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO