21 mart 2026. Şənbə

Beşiktaş Azərbaycana gəlir


Beşiktaş Azərbaycana gəlir
“Beşiktaş” Azərbaycan klubu ilə yoxlama görüşü keçirəcək. Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Qeyd olunub ki, İstanbul təmsilçisi ölkədə zəlzələdən əziyyət çəkənlər üçün xeyriyyə xarakterli iki yoxlama görüşü keçirəcək. Bunlardan biri milli komandaların oyunları ilə əlaqədar martda yaranacaq fasilə zamanı olacaq. Həmin vaxt Türkiyə nəhəngi Almaniya təmsilçiləri Mönxenqladbax “Borussiya”sı və ya “Leyptsiq”lə qarşılaşacaq. Hər iki klubla danışıqlar aparılır.
 
“Beşiktaş”ın növbəti səfəri isə Azərbaycana olacaq. Komanda istirahət edəcəyi dönəmdə, yəni apreldə ölkəmizə yollanacaq. Ancaq yoxlama matçının Azərbaycan klublarından hansı ilə olacağı bildirilməyib.






Xəbər news