6 dekabr 2025. Şənbə

İdman həftəsi: Məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib


İdman həftəsi: Məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib

“İdman həftəsi” çərçivəsində məhbuslarla futbol veteranları arasında yoldaşlıq oyunu keçirilib.

Corner.Az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma futbol veteranlarının 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra Gənclər və İdman Nazirliyinin əməkdaşları məhbuslara idman ləvazimatları hədiyyə ediblər.

Qeyd edək ki, oyunun təşkilində məqsəd məhbusların idman vasitəsilə sosial fəaliyyətlərdən yararlanaraq gələcəkdə cəmiyyətdə layiqli yer tutmasına dəstək olmaqdır.







Xəbər news