- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Koreya Respublikasının “Tecon Xana Sitizen” klubunda növbəti oyununa çıxıb.
Corner.Az xəbər verir ki, sözügedən komanda K1 Liqasının ikinci turunda səfərdə “İnçeon”un qonağı olub.
Futbolçumuzun komandası məhsuldar keçən bu matçdan heç-heçə ilə ayrılıb - 3:3.
Start heyətdə meydana çıxan müdafiəçi sonadək meydanda olub. Millimizin üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Tecon Xana Sitizen” iki turdan sonra dörd xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.