23 oktyabr 2024. Çərşənbə

Renatlı Qrasshopper səfərdən 1 xalla döndü


Renatlı Qrasshopper səfərdən 1 xalla döndü
Futbol üzrə İsveçrə çempionatında 23-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Sankt Qallen”in qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib. 48-də isə o, sarı vərəqə ilə cəzalanıb.
 
“Qrasshopper” 23 turdan sonra 25 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.






Xəbər news