Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bütün dövrlərin ən yaxşı məşqçilərinin adlarını açıqlayıb. Corner.az saytı xəbər verir ki, aparılan səsvermənin nəticəsində “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyuson ilk pillədə yer alıb.
Şotlandiyalı mütəxəssis 257 səs toplayıb. Onu 242 səslə portuqaliyalı Joze Mourinyo izləyib. İlk “üçlüy”ü 221 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qapayıb.
Sorğuda iştirak edənlər ümumilikdə 50 məşqçiyə səs veriblər. İlk “20-lik” belədi:
1. Aleks Ferqyuson (Şotlandiya) – 257 səs
2. Joze Mourinyo (Portuqaliya) - 242
3. Pep Qvardiola (İspaniya) - 221
4. Arsen Venger (Fransa) - 211
5. Yoaxim Löv (Almaniya) - 200
6. Karlo Ançelotti (İtaliya) - 189
7. Visente Del Boske (İspaniya) - 175
8. Dieqo Simeone (Argentina) - 168
9. Marselo Lippi (İtaliya) - 156
10. Didye Deşam (Fransa) - 154
11. Felipe Skolari (Braziliya) - 151
12-13. Qus Hiddink (Niderland) - 145
12-13. Marselo Byelsa (Argentina) - 145
14. Otmar Hitsfeld (Almaniya) - 134
15. Yurgen Klopp (Almaniya) - 127
16. Sven Yoran Eriksson (İsveç) - 126
17-18. Fabio Kapello (İtaliya) - 120
17-18. Tite (Braziliya) - 120
19-20. Frank Raykard (Niderland) - 104
19-20. Xose Pekerman (Argentina) - 104