- Xəbər news
- 22:34 14.11.2024
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb.
Corner.Az-ım məlumatına görə, 31 yaşlı hücumçu buna "Mançester Yunayted"ə 7:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçında dubl etməklə nail olub.
Misirli forvard çempionatda Mersisayd təmsilçisində ən çox qol vuran oyunçu adına sahib çıxıb. Premyer Liqada 129 dəfə fərqlənən Salah 128 qol vurmuş Robbi Fauleri geridə qoyub. İlk "üçlüy"ü Stiven Cerrard (120) qapayır.
Qeyd edək ki, "Liverpul" 42 xalla 6-cı pillədə qərarlaşıb.