İngiltərə Premyer Liqası tarixinin ən erkən qollarının siyahısı açıqlanıb. Corner.az saytı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, “Bornmut”un futbolçusu Filip Billinq iki gün əvvəl “Arsenal”la qarşılaşmanın 9,11-ci saniyəsində fərqlənməklə siyahıda ikinci yerdə qərarlaşıb.
Premyer Liqa tarixinin ən erkən qolçusu Şeyn Lonqdu. O, 2019-cu ildə “Sauthempton”un heyətində “Uotford”la görüşün 7,69-cu saniyəsində rəqib qapısına yol tapıb.
Siyahıda “Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç də yer alıb. Bosniya və herseqovinalı qolkiperin 2013-cü ildə “Stok Siti”də olarkən “Sauthempton”la matçın 13,64-cü dəqiqəsində öz qapısından rəqib qapısına tərəf göndərdiyi top qola çevrilib.
1. Şeyn Lonq (“Sauthempton”): “Uotford” – 1:1 (7,69 saniyə)
2. Filip Billinq (“Bornmut”): “Arsenal” – 2:3 (9,11 saniyə)
3. Ledli Kinq (“Tottenhem”): “Bredford” – 3:3 (9,82 saniyə)
4. Alan Şirer (“Nyukasl”): “Mançester Siti” – 2:0 (10,52 saniyə)
5. Kristian Eriksen (“Tottenhem”): “Mançester Yunayted” – 2:0 (10,54 saniyə)
6. Mark Viduka (“Lids”): “Çarlton” – 2:1 (11,90 saniyə)
7. Duayt York (“Aston Villa”): “Koventri” – 3:0 (12,16 saniyə)
8. Kris Satton (“Blekbern”): “Everton” – 2:1 (12,94 saniyə)
9. Kevin Nolan (“Bolton”): “Blekbern” – 4:3 (13,48 saniyə)
10. Ceyms Bitti (“Sauthempton”): “Çelsi” – 1:2 (13,52 saniyə)
11. Asmir Beqoviç (“Stok Siti”): “Sauthempton” – 1:1 (13,64 saniyə)