23 oktyabr 2024. Çərşənbə

Qarabağ Avropada uduzmayan iki komandadan biri oldu


Qarabağ Avropada uduzmayan iki komandadan biri oldu
Bu mövsüm yerli liqalarda keçirdikləri oyunlarda məğlub olmayan Avropa komandalarının siyahısında dəyişiklik edilib. Corner.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" uduzmayan iki kollektivdən biridir.
 
"Köhlən atlar" son olaraq Premyer Liqanın XXV turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib. Ağdam klubu ilə yanaşı, Serbiya “Srvena Zvezda”sı da ölkə çempionatında yenilgi üzü görməyib.
 
Son olaraq Lüksemburqun "Svift Hesperange" komandası XIX tur qarşılaşmasında "Union Titus Petanj"a məğlub olaraq siyahıdan kənarda qalıb.
 
1. “Qarabağ” (25 oyun): 20 qələbə, 5 heç-heçə
 
2. “Srvena Zvezda” (Serbiya – 24 oyun): 21 qələbə, 3 heç-heçə
 
report.az






Xəbər news