6 dekabr 2025. Şənbə

CAS Rayolanı sevindirdi


CAS Rayolanı sevindirdi

FİFA İntizam Komitəsinin tanınmış futbol meneceri Mino Rayolanı 3 illik cəzalandırdığını xəbər vermişdik.

Corner xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) Rayolanın cəzasını təxirə salıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.Məlumatda, CAS-ın qərarına görə, Rayola İtaliya xaricində bütün ölkələrdə fəaliyyətinə davam edə biləcək. Onun İtaliyadakı vəziyyəti isə iyul ayında bəlli olacaq.

Qeyd edək ki, Mino Rayola Pol Poqba, Zlatan İbrahimoviç, Matteys de Liqt, Mario Balotelli, Marko Verratti kimi futbolçuların meneceridir.







Xəbər news