AFFA 2022-ci ildə 33 milyon 394 min 797 manatlıq gəlir əldə edib. Corner.az xəbər verir ki, bu, 2021-ci ildəki gəlirdən 6 milyon 758 min 218 manat çoxdu.
Belə ki, assosiasiyanın 2021-ci ildəki gəliri 26 milyon 636 min 579 manat təşkil edib.
Eyni zamanda AFFA-nın xərcləri də bir il əvvəlkindən çox olub. 2021-ci ildə əsas xərclər 21 milyon 845 min 243 manat idisə, bu dəfə 26 milyon 624 min 664 manat olub.