23 oktyabr 2024. Çərşənbə

FM sevgisinə görə 22 min sterlinq cərimə ödəyirlər


FM sevgisinə görə 22 min sterlinq cərimə ödəyirlər
Fransanın “Reyms” klubunun baş məşqçisi Uill Stillə görə hər oyundan sonra Fransa Futbol Federasiyasına 22 min funt sterlinq cərimə ödəyir. Corner.az xəbər verir ki, buna səbəb Stillin Pro lisenziyasının olmaması göstərilir.
 
Bu isə hər turda Liqa 1 təmsilçisinə baha başa gəlir.
 
“Football Manager” kompüter oyunu sayəsində məşqçiliyə başlayan belçikalı mütəxəssis 2022-ci ilin oktyabr ayından “Reyms”ə rəhbərlik edir. Daha öncə bu komandada köməkçi kimi çalışan 30 yaşlı (!) çalışdırıcı “Reyms”i 19 oyuna çıxarıb. Bu oyunlarda 10 qələbə qazanan komanda, 8 heç-heçə edib, 1 məğlubiyyətlə üzləşib. Son 18 matçda isə bu komanda məğlubiyyət üzü görməyib.
 
Qeyd edək ki, “Reyms” hazırda Liqa 1-in turnir cədvəlində 40 xalla 8-ci pillədə qərarlaşıb.






Xəbər news