23 oktyabr 2024. Çərşənbə

Keçmiş həyat yoldaşı Regekampf'la barışmaq istəyir


Keçmiş həyat yoldaşı Regekampf'la barışmaq istəyir
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla məhkəmə prosesi yekunlaşmaq bilmir. Corner.az xəbər verir ki, rumıniyalı model artıq məsələnin xoşluqla həll olunmasının yanadı.
 
Prodan bununla bağlı paylaşımında bildirib ki, küsülü olduğu Regekampf ilə barışmaq istəyir: “Məhkəmənin nə vaxt olacağını hələ də bilmirəm. Uşaqlar və mən heç kimə xeyir verməyən media sirkinə son qoymaq istəyirik. Laurentsiuya dedim ki, biz sülhün tərəfdarıyıq. İki qürurlu valideyn kimi gözəl yol qət etmək vaxtı gəlib çatdı. Oğlunu axtarmaq zamanıdı. Ona kömək etməli, yanında olmalıdı. Bu dəqiqə hər birimiz xoşbəxtik. Bizim ailəmiz və uşaqlarımız belə bir tamaşaya layiq deyildilər”.
 
Qeyd edək ki, Regekampfla Prodan azyaşlı oğlanları Bebetonun qəyyumluğunda ortaq məxrəcə gələ bilmirlər.
 
Əlavə edək ki, Laurentsiu Regekampf ötən ilin yayından “Neftçi”nin "sükan"ı arxasındadır.






Xəbər news