- Xəbər news
- 22:11 05.12.2025
İngiltərənin “Bolton” klubu çətin günlər keçirir.
Corner.az xəbər verir ki, son mövsümdə Çempionşipi 23-cü sırada bitirərək, İngiltərə 1-ci liqasına düşən “Bolton” klubu maliyyə problemləri yaşayır. Klubun saytından verilən açıqlamaya görə, “Bolton”un əsas komandasında sadəcə 6 futbolçu qalıb. 8 nəfər isə klubun aşağı yaş qruplarından əsas komandaya cəlb edilib.Açıqlamada, klubun Çempionşiplə vidalaşmasının ardından bir çox futbolçunun müqaviləsini birtərəfli ləğv etdiyi bildirilib.
Qeyd edək ki, “Bolton”, 145 illik tarixində 4 dəfə İngiltərə Federasiya kubokunun qalibi olub.