“Qarabağ”ın Avropa reytinqində mövqeyi müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycan çempionu qitənin 40-cı pilləsində qərarlaşıb.
Aktivincə 149 xal olan Ağdam təmsilçisi “Fiorentina”, “Atletiko”, “Latsio”, “Lion” kimi “böyük beşlik” ölkələrinin önəmli klublarını qabaqlayır.
Avropanın ən yüksək reytinqli klubu isə “Real”dı. “Kral klubu” 308 xalla birinci sırada yer alıb. “Benfika” (247) ikinci, “Liverpul” (245) isə üçüncü yerdədi.
Qeyd edək ki, “Qarabağ” dünya reytinqində 62-ci sıradadı.