- Xəbər news
- 22:11 05.12.2025
Juventus'un sabiq baş məşqçisi Massimiliano Alleqri növbəti mövsüm çalışmayacaq.
Corner.az "Football İtalia"ya istinadən xəbər verir ki, bu barədə 51 yaşlı mütəxəssisin özü açıqlama verib. O, istirahət götürəcəyini deyib:"Öz şəxsi həyatıma daha çox vaxt ayırmağı düşünürəm. Ailəm, uşaqlarım, dostlarımla daha çox birlikdə olmaq istəyirəm. Son 16 ildə özümü sanki blender kimi hiss edirdim. Bir ili ailəmlə birgə keçirdikdən sonra yenidən futbola qayıtmaq istəyirəm”.
Qeyd edək ki, Alleqri may ayında Turin klubundan ayrılıb.