21 mart 2026. Şənbə

Mustafayevli Aleksandriya yenə xal itirdi


Mustafayevli Aleksandriya yenə xal itirdi
Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Minay”ın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
 
“Aleksandriya” hazırda 27 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news