Qış transfer dönəmində “Qarabağ”ı Krasnodar”a dəyişən Kadi Borges Rusiya millisinə çağırıla bilər. Corner.az xəbər verir ki, bunu braziliyalı yarımmüdafiəçinin təmsilçisi Elsio Roberto Alisk açıqlayıb.
O, 27 yaşlı hücumameyilli oyunçunun Rusiya vətəndaşlığı alması istisna etmədiyini bildirib. Alisk onlar üçün Polşa millisində oynamağın prioritet olduğunu da gizlətməyib:
“Kadi həmyerliləri Ari və Joaozinyodan nümunə götürərək, Rusiya vətəndaşlığını ala bilərmi? Niyə də yox? Güclü braziliyalılar həmişə Rusiyada oynayıblar. Ancaq biz Polşa vətəndaşlığını da almağı düşünürük. Kadinin əsli Polşadandı. Bir gün ora çağırsalar, babası Malinovskinin adı ilə çıxış edəcək. Amma indi bu proses dayandırılıb”.
Qeyd edək ki, “Krasnodar” Kadini “Qarabağ”dan 5 milyon avroya transfer edib.