Futbol tarixində bir təqvim ilində ən çox qol vuran müdafiəçilərin adları müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, argentinalı Daniel Passarella siyahıya başçılıq edir.
O, 1976-cı ildə 27 dəfə fərqlənib. XXI əsrdə 20 qol həddini keçən yeganə müdafiəçi isə Ceyms Tavernierdi. İngiltərəli ötən il 22 dəfə fərqlənib.
Əfsanəvi niderlandlı Ronald Kuman düz üç dəfə il ərzində 20-dən çox qol vurub.
1. Daniel Passarella (Argentina / “River Pleyt”: 1976-cı il) – 27 qol
2. Ronald Kuman (Niderland / PSV: 1987-ci il) - 26
3. Edqardo Bauza (Argentina / “Rosario”: 1980-ci il) - 23
4. Ceyms Tavernier (İngiltərə / “Reyncers”: 2022-ci il) - 22
5. Ronald Kuman (Niderland / PSV, “Barselona”: 1989-cu il) - 22
6. Ronald Kuman (Niderland / “Barselona”: 1994-cü il) - 21
7. Edqardo Bauza (Argentina / “Rosario”: 1981-ci il) - 21