“Nə hakim satın aldıq, nə də buna cəhd etdik”. Corner.az xəbər verir ki, bunu “Barselona” klubunun prezidenti Joan Laporta deyib.
Hakimlərlə bağlı qalmaqala toxunan funksioner bu iddianı ortaya atan Nagreiranı tanımadığını bildirib: “Barselona” heç vaxt hakimi almağa cəhd etməyib. Biz nə hakim satın almışıq, nə də buna cəhd etmişik. Belə bir şey qətiyyən yox idi. Düşünməyin ki, mən zəifliyə görə narahatam. Ona görə narahatam ki, gerbimizi ləkələyən bütün əclaflarla üz-üzə gəlmək istəyirəm. Heç kim bunun zəiflikdən qaynaqlandığını düşünməsin.“Barselona”nın bu iddialardan zərər görmədən çıxacağına inanıram".
Xatırladaq ki, martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı klub tərəfindən yerli məhkəmə departamentinin keçmiş rəhbəri Enrike Neqreiraya 7,3 milyon avro ödəməsi ilə bağlı ittiham irəli sürüb.
Hakimlərin işində günahı sübuta yetirilərsə, “Barselona” cəzalandırıla bilər.