1 fevral 2026. Bazar günü

Yoldaşlıq deyil, Qardaşlıq oyunu!


Yoldaşlıq deyil, Qardaşlıq oyunu!
“Qarabağ” martın 26-da “Qalatasaray”la xeyriyyə xarakterli yoldaşlıq görüşünün keçiriləcəyini təsdiqləyib. Corner.az xəbər verir ki, Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə görüşün Bakı Olimpiya Stadionunda baş tutacağını elan edib.
 
“Yoldaşlıq deyil, Qardaşlıq oyunu!” başlığı ilə verilən anonsda bildirilib ki, qarşılaşmadan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
 
Həmçinin “Qalatasaray” da görüşün afişasını tvitter səhifəsində paylaşıb.
 
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO