Çezare Prandelli məşqçilik karyerasını bitirib. Corner.az xəbər verir ki, bu barədə 65 yaşlı italiyalı məşqçinin özü açıqlama verib.
Prandelli ailəsinə vaxt ayırmaq istədiyini deyib: “Futbolla vidalaşmağın vaxtıdır. Bundan sonra zamanımı ailəmə və nəvələrimə sərf etmək istəyirəm. Vaxtımın əsas hissəsini onlarla parkda keçirəcəm”.
Məşqçilik karyerasına 1993-cü ildə başlayan Prandelli İtaliya milli komandasını, “Roma”, “Fiorentina”, “Valensiya” və ”Qalatasaray”ı çalışdırıb.