- Xəbər news
- 22:34 14.11.2024
"Qalatasaray”ın baş məşqçisi Okan Buruk Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu ilə bağlı çağırış edib.
Corner.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis “CBC Sport”a açıqlamasında azərbaycanlı azarkeşləri stadiona səsləyib:
“Martın 26-da Bakı Olimpiya Stadionunda zəlzələdən əziyyət çəkənlərə yardım üçün “Qarabağ”la oynayacağımız dostluq matçına bütün Azərbaycan xalqını gözləyirik. Qardaşlığımızı, dostluğumuzu, sevgimizi orada birlikdə göstərəcəyik”.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq