Neymar sorğu-sual altında - təcavüz iddiası
Najila Trindad adlı qadına təcavüzdə günahlandırılan PSG-nin hücumçusu Neymar növbəti dəfə ifadə verib.
Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birinə çağırılan braziliyalı futbolçu yenidən sorğu-sual edilib. Bu dəfəki proses 5 saat davam etdirilib.Məsələ ilə bağlı açıqlama verən Neymarın vəkili Flavia Merlini oyunçunun ittihamları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib. O, həqiqətən gec-tez üzə çıxacağını söyləyib.Qeyd edək ki, Neymarın mayın 15-də Parisdəki otellərin birində Najila adlı modelə təcavüz etdiyi iddia olunur.