Hazırda ölkəsinin "Brügge" klubunda çıxış edən Simon Minyole Belçika millisindəki karyerasını başa vurub. Corner.az xəbər verir ki, 35 yaşlı qolkiper bu qərarını sosial şəbəkə hesabındakı bu paylaşımla açıqlayıb:
“Bəzən çətin qərarlar verməli oluruq. 13 il ölkəmin uğurları üçün oynadıqdan sonra Belçikanın “qırmızı şeytanlar”ı ilə vidalaşmalı oluram. Bütün komanda yoldaşlarıma, azarkeşlərə, personala, hər kəsə təşəkkür edirəm”.
“Brügge”nin qapıçısı 2011-ci ildən yığma komandada çıxış edirdi. Minyole Belçika seçməsində 35 oyun keçirib ki, bunların 10-da qapısının toxunulmazlığını qoruyub saxlaya bilib O, DÇ-2018-də bürünc medal qazanıb.