Avrokuboklar tarixində bir oyunda 5 qol vuran futbolçuların siyahısı müəyyənləşib. Corner.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 1955-ci ildən bəri UEFA bayrağı altında keçirilən bütün klub turnirlərində bir görüşdə rəqib qapılarına ən çox yol tapan oyunçuların adlarını açıqlayıb.
Dünən Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”lə matçda penta-trik edən “Mançester Siti”nin hücumçusu Erlinq Halanda qədər 14 oyunçu bunu bacarmışdı.
Araşdırma zamanı avrokubokların təsnifat mərhələlərindəki qarşılaşmalar da hesablanıb.
Ove Olsson (1959: “Göteborq” - “Linfild” – 6:1)
Bent Löfqvist (1961: “B1913” - “Spora” – 9:2)
Joze Altafini (1962: “Milan” - “Union Lüksemburq” – 8:0)
Raymond Kravford (1962. “İpsviç” - “Floriana” – 10:0)
Nikola Kotkov (1964: “Lokomotiv” (Sofiya) - “Malmö” – 8:3)
Florian Albert (1965: “Ferentsvaroş” - “Keflavik” – 9:1)
Paul Van Himst (1966: “Anderlext” - “Haka” – 10:1)
Gerd Müller (1972: “Bavariya” - “Omoniya” – 9:0)
Klaudio Sulser (1978: “Qrasshopper” - “Valletta” – 8:0)
Soren Lerbi (1979: “Ayaks” - “Omoniya” – 10:0)
Mixails Mixolaps (1999: “Skonto” - “Jeness” – 8:0)
Lionel Messi (2012: “Barselona” - “Bayer” – 7:1)
David Lafata (2014: “Sparta” (Praqa) - “Levadiya” – 7:0)
Luiz Adriano (2014: “Şaxtyor”, Donetsk - BATE – 7:0)
Erlinq Haland (2023: “Mançester Siti” - “Leypsiq” – 7:0)