23 oktyabr 2024. Çərşənbə

Qarabağ - Qalatasaray matçının biletləri satışa çıxarılır


Qarabağ - Qalatasaray matçının biletləri satışa çıxarılır
“Qarabağ”ın “Qalatasaray”la keçirəcəyi yoldaşlıq görüşü üçün biletlərin satışa çıxacağı tarix müəyyənləşib. Corner.az xəbər verir ki, Ağdam klubu sabahdan biletlərin satışda olacağını açıqlayıb.
 
Matçı izləmək istəyən azarkeşlər sabah saat 11:00-dan etibarən biletləri əldə edə bilərlər. Biletlərin qiyməti isə 3, 5, 30, 50 və 100 manat olacaq.
 
Bunun üçün satış məntəqələri olan Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına, Iticket.az-ın satış məntəqələrinə, “Park Bulvar”da yerləşən “Qarabağ”ın Fan-Şopuna müraciət etmək lazımdı. Biletləri iticket.az-dan da əldə etmək mümkündü.
 
Qeyd edək ki, xeyriyyə xarakterli “Qarabağ” - “Qalatasaray” görüşü martın 26-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.






Xəbər news