Türkiyənin “Beşiktaş” komandası Bakıda “Sabah”la yoldaşlıq oyunu keçirə bilər. Corner.az xəbər verir ki, "qara qartal"lar Azərbaycanda məhz bu klubla danışıqlarını davam etdirir.
İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş yerli mətbuata açıqlamasında iki klub arasında danışıqların davam etdiyini bildirib:
“Millinin oyunlarına görə yaranacaq fasilədə yoldaşlıq matçları keçirmək istəyirik. Bu boşluqda “Ümraniyəspor” ilə bazar günü yoxlama oyunu keçirəcəyik. Daha öncə Azərbaycan komandası ilə danışırdıq. Tarixi tam dəqiqləşməyib. Biz 21-24 mart aralığında olmasını istədik. Onlar ayın 25-də keçirilməsini istədilər. Dəqiq bir şey yoxdur”.