İngiltərənin “Lester Siti” klubu müdafiəçisi Yannik Vesterqoru əvəzedici heyətə göndərib. Corner.az xəbər verir ki, buna səbəb danimarkalı futbolçunun baş məşqçi Brendon Rocersi tənqid etməsi olub.
Onun əsas komandanın məşqlərinə də qatılmayacağı bildirilib. Futbolçu sadəcə, fərdi məşqlərlə kifayətlənəcək.
Vesterqor ölkəsinin mətbuatına açıqlamasında baş məşqçinin qərarlarını tənqid edib, az oynamasından şikayətlənib.
Təcrübəli futbolçu bu mövsüm “Lester Siti”də cəmi 4 oyuna çıxıb.