23 oktyabr 2024. Çərşənbə

Qarabağ - Qalatasaray matçına böyük maraq


Qarabağ - Qalatasaray matçına böyük maraq
"Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq görüşünə maraq böyükdü. Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşə bilet satışı bu gün saat 11:00-da başlayıb.
 
Satışa çıxarıldığı ilk iki saat ərzində biletlərin artıq 25 mini alınıb. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat təşkil edir. Oyun gününə qədər satışa çıxarılan bütün biletlərin alınması gözlənilir.
 
Satış məntəqələri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Iticket.az-ın satış məntəqələri və “Park Bulvar”da yerləşən “Qarabağ”ın Fan-Şopudu. Biletləri iticket.az-dan da əldə etmək mümkündü.
 
Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” oyunu martın 26-da keçiriləcək.
 






Xəbər news