1 fevral 2026. Bazar günü

Qəbələ yeni sponsorunu təqdim etdi


Qəbələ yeni sponsorunu təqdim etdi

“Qəbələ” klubu daha bir şirkətlə əməkdaşlığa başlayıb.

Corner.Az xəbər verir ki, “EUROCLİMA” MMC bundan sonra əyalət təmsilçisinin yeni tərəfdaşı olacaq. “Qırmızı-qaralar” yeni tərəfdaşını artıq ictimaiyyətə təqdim edib.

Klub və şirkət arasında imzalama mərasimi Qəbələ şəhər stadionunda baş tutub. Sponsorluq müqaviləsini “EUROCLİMA”-nın təsisçisi Aslan Abdullayev və “Qəbələ”nin prezidenti Fariz Nəcəfov imzalayıb.

Əməkdaşlıq qarşıdakı 3 ili əhatə edəcək. Anlaşmaya əsasən, “Qəbələ”nin akademiya komandalarının formasının arxasında brendin loqosu yer alacaq.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO