Futbol üzrə Cənubi Koreya çempionatında 4-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Suvon”un qonağı olub və inamlı qələbəyə sevinib – 3:1.
Anton da bu görüşün iştirakçısı olub. O, əvvəlki turlarda olduğu kimi, bu dəfə də 90 dəqiqə oynayıb.
“Daejeon” hazırda 8 xalla 3-cü pillədə qərarlaşıb.