1 fevral 2026. Bazar günü

İtaliyaya qalib gəlib, bürünc medal qazandılar - dünya çempionatı


İtaliyaya qalib gəlib, bürünc medal qazandılar - dünya çempionatı

20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında bürünc mükafatçı müəyyənləşib.

Corner.az-ın məlumatına görə, üçüncü yer uğrunda görüşdə İtaliya və Ekvadorun U-20 milliləri üz-üzə gəlib. Matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada Ekvador 104-cü dəqiqədə Riçard Minanın vurduğu qolla 1:0 hesabı ilə qalib gələrək, bürünc medal qazanıb.

Qeyd edək ki, final görüşündə isə bu gün Ukrayna və Cənubi Koreya milliləri qarşılaşacaq.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO