"Başakşəhər"in yarımmüdafiəçisi Məsut Özil karyerasını bitirdiyini açıqlayıb.
Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Almaniya milli komandasının sabiq üzvü Türkiyədə "Fənərbaxça"nın da uğurları üçün çalışıb. O, Türkiyəyə gələnə qədər "Şalke", "Verder", "Real" və "Arsenal" kimi klubların şərəfini qoruyub.