1 fevral 2026. Bazar günü

Neftçi Türkiyəyə getdi


Neftçi Türkiyəyə getdi

Neftçi yay təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyəyə gedib.

Corner.az klubun rəsmi Feysbuk səhifəsində istinadən xəbər verir ki, iyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq "ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. 


Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Ayın 30-dakı rəqib Ukraynanın "Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər hələlik məlumat verilməyib.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO