23 oktyabr 2024. Çərşənbə

Qurban Qurbanov Qalatasaray'la matçdan öncə brifinq keçirəcək


Qurban Qurbanov Qalatasaray'la matçdan öncə brifinq keçirəcək
Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın bu matçdan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.
 
Corner.az xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda baş məşqçi Qurban Qurbanovun brifinqi keçiriləcək.
 
Saat 17:00-da isə komandanın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
 
Xatırladaq ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.






Xəbər news