24 noyabr 2024. Bazar günü

UEFA Barselona ilə bağlı araşdırmalara başladı


UEFA Barselona ilə bağlı araşdırmalara başladı

UEFA İspaniyanın “Barselona” klubunu bir il müddətinə avrokuboklardan kənarlaşdıra bilər.

Corner.Az “El Confidencial”a istinadən xəbər verir ki, buna səbəb klubun İspaniyanın Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər etməsidir.

Qitə futbol qurumunun nizam-intizam əsasnaməsində klubların həm milli, həm də beynəlxalq səviyyədə oyunların nəticələrinə təsir göstərmək üçün qeyri-qanuni üsullardan istifadə edə bilməyəcəkləri qeyd olunub. Komandalar qaydanı pozarsa bir mövsüm, çox ciddi qayda pozuntularına görə isə üç il müddətinə avrokuboklarda iştirakdan məhrum edilə bilərlər.

“Barselona”nın Neqreyraya ödənişlərində də mümkün korrupsiya qalmaqalı araşdırılır. Məsələ ilə bağlı qərar iyunda veriləcək.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir