23 oktyabr 2024. Çərşənbə

Şəhid övladları Qafqazın ən böyük e-sports arenasında qonaq olublar


Şəhid övladları Qafqazın ən böyük e-sports arenasında qonaq olublar
Gənclər və İdman Nazirliyi, Azərbaycan Elektron İdman Növləri Federasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə şəhid övladları Qafqazın ən böyük e-sports arenasında qonaq olublar.
Azərbaycan Elektron İdman Növləri Federasiyasından Corner.Az-a bildiriblər ki, uşaqlara elektron idman növlərinin dünyada və ölkəmizdə inkişafı, eləcə də mötəbər yarışlara hazırlıq barədə məlumat verilib. Sonra şəhid övladları seçimlərinə uyğun olaraq elektron idman oyunlarında özlərini geymer kimi sınayıblar.
Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.





Xəbər news