23 oktyabr 2024. Çərşənbə

Qalatasaray Bakıya 23 futbolçu ilə gəlir - SİYAHI


Qalatasaray Bakıya 23 futbolçu ilə gəlir - SİYAHI

Sabah xeyriyyə oyununda Azərbaycan çempionu “Qarabağ”ın qonağı olacaq Türkiyə "Qalatasaray"ının Bakıya gətirəcəyi heyət açıqlanıb.

Corner.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun siyahısında 23 oyunçuya yer verilib.

Bunların 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 12. Atakan Ordu, 34. Okan Koçuk
Müdafiəçilər: 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy
Yarımmüdafiəçilər: 6. Lukas Torreyra, 6. Fredrik Midtşö, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir, 59. Caner Doğan, 64. Xuan Mata
Hücumçular: 18. Bafetimbi Qomis, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.








Xəbər news