1 fevral 2026. Bazar günü

Qalatasaray'ın 2 futbolçusu zədələndi


Qalatasaray'ın 2 futbolçusu zədələndi
“Qarabağ”la keçirilən xeyriyyə oyununda “Qalatasaray”ın iki futbolçusu zədələnib. Corner.az xəbər verir ki, bunu Türkiyə klubunun baş məşqçisi Okan Buruk açıqlayıb.
 
Çalışdırıcının sözlərinə görə, danimarkalı müdafiəçi Matias Ross və avstriyalı yarımmüdafiəçi Yusuf Demir Bakıdakı qarşılaşmanın birinci hissəsində ayağından xəsarət aldığı üçün fasilədə əvəzlənib. Buruk yetirmələrinin zədəsinin elə də ciddi olmadığını bildirib.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO