21 mart 2026. Şənbə

İkardi Azərbaycana təşəkkür etdi


İkardi Azərbaycana təşəkkür etdi
“Qalatasaray”ın hücumçusu Mauro İkardi “Qarabağ”la keçirilən yoldaşlıq oyunu ilə bağlı paylaşım edib. Corner.az xəbər verir ki, 30 yaşlı ulduz futbolçu 2:1 hesabı ilə qalib gəldikləri görüşdən sonra instaqram səhifəsi vasitəsilə Azərbaycana təşəkkür edib.
 
Argentinalı forvard bunun xeyriyyə xarakterli qarşılaşma olduğunu xatırladıb:
 
“Zəlzələdən zərər çəkmiş insanlara kömək etmək üçün təşkil edilən bu matça görə Azərbaycana təşəkkür edirəm. İştirak edən hər kəsə təşəkkürlər”.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunun 87-ci dəqiqəsində məhz Mauro İkardi penaltidən qələbəni qolunu vurub.






Xəbər news